Zelenskinin ofisi Budanovu işdən çıxarmaq və yerinə “hakimiyyətə daha sadiq adam” təyin etmək istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb. Bildirilir ki, Ukrayna hərbi kəşfiyyatının rəhbərini vəzifəsindən azad etmək cəhdləri dekabrda güclənə bilər.
Mənbələrin məlumatına görə, onlar UTX rəhbərinin müavini Aleksandr Pokladı Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təyin etmək istəyirlər.
Mətbuat Dövlət Kəşfiyyat İdarəsinin rəhbərinin bəzi ictimai addımları və bəyanatlarının Ukraynaya zərər vurduğunu yazır.
Söhbət xüsusilə Afrikadakı xüsusi əməliyyatlardan və “Krımda qəhvə” ilə bağlı bəyanatlardan gedir.
Xuraman Etibarlı
İnterpress.az