Türkiyə Rusiyadan idxal etdiyi təbii qazın ödənişi ilə bağlı vəziyyəti həll etmək üçün ABŞ ilə danışıqlar aparır.
İnterpress.az xəbər verir ki, bu barədə Energetika naziri Alparslan Bayraktar bildirib. Türkiyə Rusiya Federasiyasından idxal etdiyi təbii qazın ödənişi ilə bağlı vəziyyəti həll etmək üçün ABŞ ilə danışıqlar aparır.
“Təbii ki, sanksiyalarla bağlı qərar Türkiyəyə təsir edəcək. Ödəyə bilmərik, ödəyə bilməsək, qaz ala bilmərik. İrana qarşı sanksiyalar 2023-cü ildə tətbiq edilib, lakin bu ölkədən təbii qaza istisna edilib. Biz də istəyirik ki, ABŞ Rusiya təbii qazı üçün belə bir istisna etsin”, – deyə türkiyəli nazir qeyd edib.
Xatırladaq ki, noyabrın 21-də ABŞ Xəzinədarlığı Rusiya Federasiyasının ən böyük banklarından biri olan “Qazprombank”a qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Noyabrın 23-dən etibarən Gazprombank UnionPay ödəniş sistemi kartları Türkiyə banklarında qəbul edilmir.
Xuraman Etibarlı
İnterpress.az