Rusiyada donuzlar tərəfindən öldürüldüyü iddia edilən məktəbli qızı qonşusunun qətlə yetirdiyi məlum olub.
İnterpress.az xəbər verir ki, bubarədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Krasnoyarsk vilayətində donuzlar tərəfindən öldürüldüyü iddia edilən məktəbli qızı qonşusu öldürüb meyiti heyvanlara yedizdirib.
İlkin məlumatlara görə, qonşusu İqor Zaika mərhumun atasının yanında işləyirmiş və ona qarşı kin bəsləyib. Valideynlər gedəndə o, sərxoş olub və müdirinin mal-qarasını öldürmək qərarına gəlib.
Tövlədə heyvanları yemləyən qızı görüb. Kişi ağac götürərək qızın başına ölümcül zərbə endirib. Qonşu qaçıb və heyvanlar qızmın cəsədini yeməyə başlayıb.
Qatil günahını etiraf edib. İşlə prokurorluq məşğul olur.
Xuraman Etibarlı
İnterpress.az