Livanda atəşkəsin əsas səbəbi silah çatışmazlığı olub – “Maariv”backend

Livanda atəşkəsin əsas səbəbi silah çatışmazlığı olub – “Maariv”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanda atəşkəsin əsas səbəbi silah çatışmazlığı olub

İnterpress.az xəbər verir ki, bu barədə “Maariv” yazıb. Nəşr bildirir ki, atəşkəsdən sonra İsrail üçün əsas problem Livanda deyil, ABŞ və Almaniyadadır. İsrail təcili olaraq irimiqyaslı silahlar, döyüş təyyarələri, vertolyotlar, tanklar, artilleriya, raketlər və müxtəlif növ sursatlar almaqla öz arsenalını təkmilləşdirməlidir. Ən çətin vəziyyət helikopter aviasiyasında, xüsusən də Apaçi helikopterlərinin eskadrilyalarında yaranıb.

İsrail ordusu həmçinin təyyarə sursat ehtiyatlarının daimi monitorinqini tələb edir. Hərbi Hava Qüvvələrinin qırıcıları müharibə zamanı minlərlə saat uçublar ki, bu da onların nəzərdə tutulan xidmət müddətini əhəmiyyətli dərəcədə aşdı və aşınmanı sürətləndirib. Bu, İsraili F-15 və F-35 də daxil olmaqla yeni təyyarələrin alınmasını sürətləndirməyə məcbur edir.

ABŞ administrasiyası son aylarda İsrailə silah tədarükünə məhdudiyyətlər qoyub. O cümlədən ağır aviasiya bombalarının, helikopterlər üçün hava-yer tipli raketlərin tədarükünü gecikdirmək və işlənmiş “Apaçi” helikopterlərinin İsrail Hərbi Hava Qüvvələrinə müvəqqəti təhvil verilməsini rədd edib.

Eyni zamanda, Ukraynadakı müharibə, Tayvanla bağlı gərginlik və Avropada silahlanma yarışı səbəbindən silaha qlobal tələbat artmaqda davam edir və bunların hamısı çatdırılma müddətlərini artırır.

Qeyd olunur ki, baş nazir Netanyahu da atəşkəs razılaşmasının səbəblərindən birinin silah və texnika ehtiyatlarının yenilənməsi olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az