Gürcüstan Rusiya Federasiyasına işləyir.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib. O bildirib ki, Gürcüstanın hakim partiyası Rusiyaya işləyir.
“Gürcüstanın baş naziri Gürcüstanın Avropaya inteqrasiyasını dayandırdığını elan etdi. Artıq oyun yoxdur – Gürcüstanın hakim partiyası Rusiyaya işləyir.
Mən Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsini təklif edəcəm. Sərt sanksiyalar tətbiq etmək lazımdır”, – deputat qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az