Beyin iltihabı və şəkərli diabet demək olar ki, bütün məhsullarda olan qida əlavəsindən qaynaqlanır.
İnterpress.az xəbər verir ki, bununla bağlı alman alimləri araşdırma aparıblar.
Son araşdırmalar göstərir ki, məşhur əlavə E 407 (karraqinan) bütün bədəndə iltihaba səbəb olur. Bu, selikli qişanın xoralarını, qan şəkərinin sıçrayışını, bağırsaqların və beynin iltihabını təhdid edir.
Xüsusilə şişman kişilər əziyyət çəkir: onların insulinə həssaslığı azalıb, beyin damarlarının iltihabı daha tez-tez baş verib.
Təhlükəli məhsulların siyahısı:
Süd məhsulları:
• Xama
• Kəsmikli desertlər
• Qatıqlar
• Südlü kokteyllər
• İşlənmiş pendirlər
• Dondurma
Ət məhsulları:
• Kolbasa (xüsusilə bişirilmiş)
• Vetçina
• Ət paştetləri
• Konservləşdirilmiş ət
Şirniyyat məmulatları:
• Zefir
• Marmelad
• Pudinqlər
İçkilər:
• Şokoladlı süd
• Bitki əsaslı içkilər (soya, badam, kokos südü)
• Souslar və şorbalar:
• Konsistensiyanı yaxşılaşdırmaq üçün souslarda, “podliva” və şorbalarda istifadə olunur.
Uşaq qidası:
• Bəzən körpə süni qidalara və ya desertlərə əlavə edilir.
İndi elm adamları E 407-nin əvəzedicisini axtarırlar.
Xuraman Etibarlı
İnterpress.az