Belçika müstəmləkə vəhşiliklərində TƏQSİRLİ BİLİNDİbackend

Belçika müstəmləkə vəhşiliklərində TƏQSİRLİ BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika müstəmləkə vəhşiliklərində təqsirli bilinib.

İnterpress.az xəbər verir ki, Brüssel Apellyasiya Məhkəməsi Belçika dövlətini müstəmləkə Konqoda uşaqlıqda 5 qarışıq irqli qadının qaçırılmasına görə insanlığa qarşı cinayətlərdə təqsirli bilib.

Hakim diqqətə çatdırıb ki, o zaman hökumət qaradərili analar və ağdərili atalardan doğulan uşaqları tapmaq və qaçırmaq üçün sistematik plan həyata keçirirdi.

Məhkəmə hər bir qadına mənəvi ziyana görə 50 min avro təzminat ödəməyə məcbur edib.

Hazırda 70 yaşlarında olan qurbanlar mestizos kimi tanınan təxminən 20.000 qarışıq irqli uşağı təmsil edir. Bu uşaqlar 1948-1961-ci illərdə Konqoda ailələrindən ayrılaraq, Katolik Kilsəsinin idarə etdiyi məktəblərə və uşaq evlərinə göndərilib.

Məhkəmənin qərarı ona görə tarixi adlanır ki, bu, Avropada ilk dəfədir ki, məhkəmə müstəmləkə hakimiyyətləri tərəfindən insanlığa qarşı törədilən cinayətləri pisləyir.

Xuraman Etibarlı

İnterpress.az