Qış kurortunda uşaq kanatdan düşərək yamacdan aşağı yuvarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Kemerovo vilayətinin Şereqeş qəsəbəsində xizək kurortunda uşaq kanatdan düşərək yamacdan aşağı yuvarlanıb.
Hadisə şahidlərinin sözlərinə görə, qadın təlimatçı vaxtından əvvəl qoruyucu çərçivəni açıb, uşaq oturacaqdan yıxılaraq onlarla metr dərə aşağı sürüşüb.
Kanat işçiləri xilasediciləri çağırıblar və zərərçəkən yuxarı qaldırılıb.
İstintaq Komitəsi “İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə iş açıb.
Xuraman Etibarlı
İnterpress.az