Ermənistana Rusiya və Belarusla münasibətlərin möhkəmləndirilməsi vacibdir.
İnterpress.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan deyib. O bildirib ki, Rusiya və Belarusla münasibətlərin yenidən yaxşılaşdırılması lazımdır.
“İrəvanda Belarusun Milli Birlik Günü qeyd olunub.
Ümumbelarus bayramı münasibətilə Belarus xalqını ürəkdən təbrik edirəm.
Ermənistan üçün Rusiya və Belarusla münasibətlərin qorunması və möhkəmləndirilməsi və buna birgə səylərin göstərilməsi son dərəcə vacibdir”, – erməni siyasətçi qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az