Erməni deputat Azərbaycan Prezidenti İlham Əliyevin dünənki bəyanatlarına münasibət bildirib.
İnterpress.az xəbər verir ki, Ermənistan parlamentin brifinqləri zamanı jurnalistlər “Mülki müqaviləa” fraksiyasının katibi Artur Ovannisyandan Azərbaycan Prezidentinin dünənki bəyanatlarına münasibət bildirməyi xahiş ediblər.
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və onların fundamental hüquqlarının bərpası üçün əməli addımlar atmalıdır”, – Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Bundan başqa, Ermənistan YUNESKO-nun faktaraşdırıcı missiyasının səfərinə icazə verməli və xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması və təhrif edilməsi ilə bağlı vəziyyətə nəzarət etmək üçün bu sahədə əməkdaşlıq etməlidir”, – Əliyev deyib.
Danışıqların gündəliyində hüquqlar və Qərbi Azərbaycan İcmasının qayıdışı məsələsinin olub-olmaması ilə bağlı suala Ovanisyan cavab verib.
“Danışıqların gündəliyində müxtəlif məsələlər var, onların məxfiliyinə görə danışıqların təfərrüatlarını açıqlaya bilmirəm. Xarici İşlər Nazirliyi, Baş nazir nizamlı olaraq dəqiq şərhlərlə çıxış edir”, – Ovannisyan deyib.
Xuraman Etibarlı
İnterpress.az