Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya GƏLDİbackend

Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. 

İnterpress.az Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bildirir ki, səfərdə məqsəd Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak etməkdir.
Qeyd edək ki, dekabrın 6-dan 8-dək Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək.

Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.
Səfər çərçivəsində Fuat Oktay dekabrın 7-də Şəhidlər Xiyabanı, “Türk Şəhidliyi” abidəsini ziyarət edəcək. Komitə sədrinin mətbuat nümayəndələri üçün açıqlama verməsi nəzərdə tutulur.