Macarıstan Aİ-nin Ukraynaya silah üçün 6,5 milyard avro ayırmasına VETO QOYDUbackend

Macarıstan Aİ-nin Ukraynaya silah üçün 6,5 milyard avro ayırmasına VETO QOYDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Aİ-nin Ukraynaya silah üçün 6,5 milyard avro ayırmasına veto qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Siyarto Brüsseldə Aİ həmkarları ilə görüşündə bildirib.

Macarıstan Aİ-nin Ukraynaya hərbi yardım üçün Avropa Sülh Fondundan 6,5 milyard avro ayırmaq qərarına yenidən veto qoyub.

Siyarto qeyd edib ki, Ukrayna Macarıstan şirkətlərinin Ukraynanın “beynəlxalq müharibənin sponsorları” siyahısına daxil edilməyəcəyinə dair zəmanət verməyincə ölkəsi bu məsələdə mövqeyini dəyişməyəcək.

2023-cü ilin dekabrında Macarıstan Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramına veto qoyub.

Bundan sonra baş nazir Orban bu qərarın Kiyevə hərbi yardımın davam etdirilməsi ilə bağlı fikir ayrılığı fonunda verildiyini deyib.

Xuraman Etibarlı

İnterpress.az