Mən deputatam, biznes klass bilet ala bilərəm. Amma mən insanlarla uçuram. Bu mənim üçün qəbuledilməzdir.
İnterpress.az xəbər verir ki, bunu Saxalin Regional Dumasının deputatı Aleksandr Ponajev deyib. O, sərnişinlərlə ümumi kabinədə uçmalı olduğu üçün qalmaqala səbəb olub.
Rusiyada uçuş “xalqla uçmaq” istəməyən deputata görə təxirə salınıb.
Deputat əvvəlcə sıradakı qonşularla, sonra isə çağırılan stüardessalarla münaqişəyə başlayıb.
Nəticədə Moskva-Yujno-Saxalinsk reysi 40 dəqiqə gecikib.
Ponajev 8 saatlıq uçuş üçün “xalqa dözmək” məcburiyyətində qalmayıb. O, qalmaqallı davranışına görə təyyarədən endirilib və uçuşdan uzaqlaşdırılıb.
Xuraman Etibarlı
İnterpress.az