Paşinyan üçüncü dəfə Ermənistann eks-prezidentlərini Qarabağla bağlı debata çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası mlumat yayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezidentlərin onunla Qarabağla bağlı debatdan imtina etməsinə cavab verib.
Ötən gün Paşinyan 1994-cü ildən, yəni atəşkəsdən sonra Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesinin aparıldığını bildirib. Danışıqlar prosesinin başqa məzmun daşımadığını, başqa məzmunda diskussiyaların aparıldığını deyib.
Eks-prezidentlərin nümayəndələri ona cavab verəndə o, onları debata çağırıb. Mətbuatda yayılan məlumatlara görə, eks-prezidentlərin nümayəndələri Paşinyanla müzakirə edəcəkləri heç bir şeyin olmadığını bildiriblər. İkinci dəfə onlara üzbəüz müzakirə təklif edib.
“Keçmiş prezidentlər deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur, amma artıq altı ildir ki, mənimlə qiyabi mübahisə edirlər. “Təhlükəsiz məsafədən” müzakirə etmək üçün heç bir şeyiniz yoxdursa, təqaüdünüzə və ya məhkəmə işlərinizə diqqət yetirin. Nümayəndələr, tanışlar, bəzən ev, bəzən də xarici tanışlar vasitəsilə mənim hər açıqlamama reaksiya verməyin”, – Paşinyan telegram kanalında yazıb.
Eyni zamanda, o, insanların əksəriyyətinin onsuz da başa düşməyəcəyi ümidi ilə “diplomatik” dil qıvrımları yaratmaqdansa, xalqa arqumentlər təqdim etməyi təklif edib.
Xuraman Etibarlı
İnterpress.az