Ərdoğan Azərbaycana başsağlığı veribbackend

Ərdoğan Azərbaycana başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana aid təyyarənin qəza xəbərini böyük bir üzüntü ilə öyrəndiyini bildirib.

İnterpress.az-ın məlumatına görə, Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı deyib.

“Hər iki qardaş ölkəyə – Azərbaycan və Qazaxıstana millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”, – Prezident bildirib.

Qeyd edək ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 29 nəfər qəzadan sağ çıxıb.