Paşinyan AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib.
İnterpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə “X”də yazıb.
O, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
“Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm.Belə bir faciə kədərə səbəb olmaya bilməz””, Ermənistanın Baş naziri qeyd edib.