Zurabişvili Tbilisidə qadınların yürüşünə qatılıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Salome Zurabişvili Tbilisidə qadınların yürüşünə qatılıb.
O, çıxışında vurğuladı ki, qadınlar “bu ölkənin ən gözəlləridir” və azad Gürcüstanın bu günü və gələcəyi üçün böyük ümidlərdir.
Bu axşam Tbilisidə 10 yürüş və aksiya nəzərdə tutulub. Onların arasında parlament binası qarşısında baş tutacaq Gürcüstan üçün Qadınlar Yürüşü, həmçinin Britaniya və İsveç universitetlərinin məzunları, ABŞ-nin mübadilə proqramlarının iştirakçıları, sığorta sənayesi nümayəndələri, maliyyəçilər və digər qrupların yürüşləri var.
Parlamentdə və İctimai Yayımda da aksiyalar, müəllimlərin yürüşü nəzərdə tutulub.
Xuraman Etibarlı
İnterpress.az