Tramp 9 May qeyd etmələri üçün Moskvaya səfər edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Fransanın “Point” jurnalı məlumat yayıb. Bildirilir ki, Tramp 9 May qeyd etmələri üçün Moskvaya səfər edəcək, Putinlə görüşəcək.
“ABŞ prezidenti Donald Tramp 9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya gələcək və Rusiya paytaxtında Rusiya lideri Vladimir Putinlə görüşəcək”, – nəşr yazıb.
Tramp və Putin Ukrayna sülh razılaşmasını mayın 9-da qeyd etməyi planlaşdırır. Kelloqun planına görə, razılaşma həmin gün tamamlanmalıdır.
Nəşr yazır ki, 9 may onlar üçün “zəfər günü”nə çevrilə bilər.
Xuraman Etibarlı
İnterpress.az