Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb.
İnterpress.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirakmıları salamlayıb.
Hakan Fidan salamlama nitqində tezliklə atəşkəsə çağırıb:
“Bizim qarşımızda iki yol var: bir yol bizi sülhə aparır, ikincisi daha böyük məhvə aparacaq. Hansı yolu seçəcəyini tərəflər özləri müəyyən edəcəklər”, – Fidan bildirib.
O, həmçinin vurğulayıb ki, Ukraynada nizamlanmanın hazırkı mərhələsi kritikdir.
Xuraman Etibarlı
İnterpress.az