Ermənilər yenə “QIZIŞDI”: Makronun İlham Əliyevlə görüşü kürəyə saplanan bıçaqdır – VİDEObackend

Ermənilər yenə “QIZIŞDI”: Makronun İlham Əliyevlə görüşü kürəyə saplanan bıçaqdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın mediasında Makronun Tiranada İlham Əliyevlə isti ünsiyyətindən sonra ona qarşı tənqid dalğası var.

İnterpress.az xəbər verir ki,  Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yaxınlaşaraq görüşüb, hətta onunla zarafat edib.

Ermənilər bu görüşdən və rəftardan çox qəzəbləniblər, Makronu tənqid yağışına tutublar.

Onlar Fransa liderinə Ermənistanı dəstəkləyən bəyanatları xatırladılıb və indi onun davranışını “arxadan bıçaq” adlandırırlar.

Erməni sosial şəbəkə istifadəçiləri Makronun Azərbaycan prezidentinə yaxınlaşaraq onunla “heç nə olmamış kimi” danışmasından hiddətləniblər.

Xuraman Etibarlı

İnterpress.az