Bağdad İran və ABŞ arasında davam edən danışıqların uğurla nəticələnməsinə töhfə verməyə hazır olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.
Məlumata görə, İraq prezidenti Rəşid Bağdadın İran və ABŞ arasında davam edən danışıqların uğurla nəticələnməsinə töhfə verməyə hazır olduğunu bildirib.
“Biz İran və ABŞ arasında davam edən danışıqları alqışlayırıq və müsbət nəticələr əldə etməyimizə imkan verəcək hər şeyi verməyə hazırıq”, – o deyib.
Xuraman Etibarlı
İnterpress.az