İsrail HHQ son sutkada Qəzzada 150-dən çox hərbi obyektə ZƏRBƏ ENDİRDİ – VİDEObackend

İsrail HHQ son sutkada Qəzzada 150-dən çox hərbi obyektə ZƏRBƏ ENDİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzzada 150-dən çox hərbi obyektə zərbə endirib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 150-dən çox hərbi obyektə hava zərbələri endirib.

Hücum edilən hədəflər arasında silahlıların İsrail qüvvələrinə qarşı hücumlar planlaşdırdığı tank əleyhinə raket qurğuları, hərbi qurğular və əməliyyat mərkəzləri də var.

Bundan əlavə, anklavın cənubunda partlayıcı qurğu yerləşdirməyə cəhd edən bir neçə silahlı məhv edilib.

Xuraman Etibarlı

İnterpress.az