Tacikistanda MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclası KEÇİRİLDİbackend

Tacikistanda MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclası KEÇİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanda MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclası keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı iştirakçılar beynəlxalq terrorizm, ekstremizm, radikalizmin təzahürləri və transmilli mütəşəkkil cinayətkarlıq məsələlərini müzakirə ediblər.

Tacikistan prezidentinin mətbuat xidməti həmçinin bildirib ki, dövlət başçısı Rəhmon iclasda iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

MDB ölkələrinin Təhlükəsizlik Qurumları Rəhbərləri Şurası (MDB) 1997-ci ildə yaradılıb.

Onun tərkibinə Rusiya, Tacikistan, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Türkmənistan müşahidəçi qismində iştirak edir.

Xuraman Etibarlı

İnterpress.az