Yeni Orleanda 11 məhbus həbsxanadan QAÇDI – FOTObackend

Yeni Orleanda 11 məhbus həbsxanadan QAÇDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Orleanda 11 məhbus həbsxanadan qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli polis bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qanunsuz silah saxlamaqdan tutmuş adam öldürməyə kimi ağır cinayətlərdə təqsirləndirilən şəxslər təcridxanada səhər çağırışı zamanı tapılmayıb.

Polis qaçanların “silahlı və təhlükəli” hesab edildiyini vurğulayaraq, sakinlərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

Şerif ofisi qaçan 11 nəfərdən yeddisinin fotolarını yayıb. Onlardan biri artıq saxlanılıb, qalanları isə azadlıqdadır.

Xuraman Etibarlı

İnterpress.az