Aİ Rusiyaya qarşı dörd sanksiya rejiminin eyni vaxtda ən böyük tətbiqini hazırlayır.
İnterpress.az xəbər verir ki, bu barədə mayın 20-də Aİ Xarici Əlaqələr Şurasının iclasında məlumat veriləcəyi bildirilir.
Sanksiyalar Ukraynadakı müharibəyə, insan hüquqlarının pozulmasına, hibrid müharibəyə və kimyəvi silahdan istifadəyə görə tətbiq edilir.
Qeyd olunur ki, 130-dan çox yeni məhdudiyyət təsdiqlənəcək: Rusiya hərbi-sənaye kompleksinə, “kölgə donanmasına”, üçüncü ölkələrdən sanksiyaya məruz qalan malların tədarükçülərinə və təbliğat distribyutorlarına qarşı.
17-ci sanksiya paketinə 75 yeni şəxs və 200 gəmi daxil olacaq. Aİ-nin sanksiyalarına məruz qalanların ümumi sayı 2500-ü keçəcək.
Hibrid hərəkətlərə görə – 27 rusiyalıya və şirkətə qarşı sanksiyalar.
İnsan hüquqlarının pozulmasına görə daha 28 fiqurant var.
Kimyəvi silahdan istifadəyə görə – etirazları dağıtmaq üçün maddələrin müharibə vasitəsi kimi istifadəsinə qarşı tədbirlər.
Xuraman Etibarlı
İnterpress.az