Putinin tankları palçığa batmasaydı, onlar 5 saata Kiyevdə olardılar. Putin müharibədən bezib.
İnterpress.az xəbər verir ki, bu barədə Fox News-a müsahibə verən ABŞ prezidenti Donald Tramp deyib. O bildirib ki, Putin pis göründüyü üçün müharibədən yorulub, yaxşı və güclü görünmək istəyir, ona görə də guya o, “müharibə yorğunluğu” səbəbindən danışıqların aparılmasını istəyir.
Tramp bir daha bəyan edib ki, prezident Zelenskinin heç vaxt kozırları olmayıb.
“Onun münasibətini bəyənmədiyim üçün onunla çətin söhbət etdim – siz güclü ordu ilə üz-üzəsiniz. Bilirsiniz, düzünü deyirəm. Onun heç bir kozırı yoxdur”, – o deyib.
Eyni zamanda, Tramp Ukrayna ilə bağlı razılaşma olmadığı halda Rusiyaya qarşı yeni “dağıdıcı” sanksiyaların mümkünlüyünə icazə verib, lakin bunu ifrat tədbir adlandırıb.
Xuraman Etibarlı
İnterpress.az