Rusiyada polis məmuru qadın və onun keçmiş həmkarı 6 kq narkotiklə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Belqorodda polis məmuru və onun keçmiş həmkarı 6 kq narkotiklə saxlanılıb.
Səhər qız asayişi qorumaqla məşğul olub, axşamlar isə qanunsuz narkotik çatdırıb.
31 yaşlı Diana və 30 yaşlı Antonun olduğu avtomobil magistral yolda saxlanılıb. Narkotiklərlə Mübarizə İdarəsi avtomobilə baxış zamanı sabvuferin içərisindən altı iri plastik bağlama və daha kiçik paket aşkar edib.
Müstəntiqlərin fikrincə, Anton və Diana bu narkotikləri satış üçün daşıyırmış.
Təhlükəsizlik qüvvələrinə qarşı cinayət işi açılıb. Anton narkotik maddə istifadəsinə görə inzibati xəta ilə də ittiham olunub.
Polis özü daxili araşdırma aparıb və Diana Daxili İşlər Nazirliyinin əməkdaşının şərəfinə ləkə gətirən hərəkətə yol verdiyinə görə xidmətdən kənarlaşdırılıb.
Xuraman Etibarlı
İnterpress.az