Uşaqlarını gecə saatlarında küçədə nəzarətsiz qoyan valideynlər CƏRİMƏLƏNƏCƏKbackend

Uşaqlarını gecə saatlarında küçədə nəzarətsiz qoyan valideynlər CƏRİMƏLƏNƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam vaxtı uşağı tək bayırda olan valideynlər çərimə olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə mayın 18-də Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü Mariya Spiridonova danışıb. Uşaqların gecə saatlarında küçədə olmasına görə valideynlər cərimələnə, ailə profilaktik nəzarətə götürülə bilər.

Yəni uşağı axşam saat 22:00-dan sonra (yayda 23:00-dan sonra) böyüklər olmadan küçədə olarsa, valideynlər cərimələnəcəklər.

“Bu qadağa 18 yaşdan kiçik yeniyetmələrə şamil edilir və onların parklarda, ticarət mərkəzlərində, kafelərdə, kinoteatrlarda, stadionlarda və digər ictimai yerlərdə olmalarına aiddir”, – hüquqşünaslar xəbərdarlıq edir.

Xuraman Etibarlı

İnterpress.az