Düyü Yaponiyada böyük siyasi qalmaqala səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Buna səbəb Kənd Təsərrüfatı Naziri Taku Etonun heç vaxt düyü almadığını, çünki onu tez-tez hədiyyə olaraq aldığını deməsi olub.
Son aylarda Yaponiyada düyünün qiyməti kəskin artıb və hakimiyyət hətta dövlət ehtiyatlarından satmağa başlamalı olub – tarixdə ilk dəfə.
Bu fonda nazirin açıqlaması artıq 22%-lik dəstək səviyyəsi rekord həddə olan hökumətə qarşı ciddi tənqidlərə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az