İran, Qətər və Omanın xarici işlər nazirləri Tehranda görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Tehranda keçirilən Dialoq Forumu çərçivəsində İran, Qətər və Oman xarici işlər nazirləri, Əraqçi, əl-Tani və əl-Busəidinin üçtərəfli görüşü baş tutub. Regiondakı son vəziyyət və ölkələr arasında münasibətlər müzakirə olunub.
Əraqçi qeyd edib ki, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı üzrə danışıqların 5-ci raundunun yeri və vaxtı artıq müəyyən edilib və yaxın vaxtlarda açıqlanacaq.
Nazir bir daha qeyd edib ki, İslam Respublikası Trampın daha əvvəl elan etdiyi yuxarıda qeyd olunan proqramla bağlı ABŞ-dən yazılı təklif almayıb.
Xuraman Etibarlı
İnterpress.az