Qeyri-adekvat ata pis qiymət aldığı üçün məktəbli qızının üzünü və boynunu burğac ilə eybəcərləşdirərək intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Naberejnıye Çelnıda 42 yaşlı Ruslan Qaneyev 16 yaşlı qızı ilə məktəbdəki performansına və davranışına görə mübahisə edib.
Qiymətlərlə bağlı mübahisə Ruslanı çox qəzəbləndirib, ona görə də qeyri-adekvat kişi əlindəki burğacı götürüb var gücü ilə qızının üzünə, boynuna və bədəninə vurmağa başlayıb.
Qəzəb dalğası səngiyəndə Ruslan məktəbli qızın qan içində yerdə uzandığını görüb. Onun öldüyünü fikirləşən Qaneyev keçmiş həyat yoldaşına zəng edərək uşağını öldürdüyünü və buna görə də yaşaya bilməyəcəyini söyləyib.
Zəngdən sonra o, intihar edib. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələndə Qaneyevin meyiti evin pəncərələrinin altında aşkarlanıb.
Lakin qızı sağ qalıb. Üzündən və bütün bədənindən xəsarətlər alan qız reanimasiyaya yerləşdirilib. Faktla bağlı “Öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.
Qaneyev veb tərtibatçısı kimi çalışıb və saxta aksiz markalarını oğurlamaq, hazırlamaq və satmaqda təqsirli bilinib.
2022-ci ildə sosial şəbəkələrdə Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaydığına görə Qaneyev təxminən bir il həbsdə olub və 2023-cü ilin martında azad edilib.
Xuraman Etibarlı
İnterpress.az