Rusiyada silsilə terror aktlarının qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, FTX Stavropolda silsilə terror aktlarının qarşısını alıb, səkkizi yeniyetmə olmaqla doqquz yerli sakin saxlanılıb.
FTX qeyd edib ki, şübhəlilər Qələbə bayramı zamanı polis əməkdaşlarına hücumlar planlaşdırırdılar.
Saxlanılanların hamısı beynəlxalq terror təşkilatının ardıcıllarıdır.
Xuraman Etibarlı
İnterpress.az