Erməni deputatın əmisi 150 milyon dram məbləğində CƏRİMƏLƏNDİbackend

Erməni deputatın əmisi 150 milyon dram məbləğində CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müxalif deputatın əmisi 150 milyon dram (təxm. 660 min man) məbləğində cərimələnib.

İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, müxalifət fraksiyasının deputatı Qarnik Danielyanın əmisi Tavuşda sahibi olduğu şirkətlərdə, o cümlədən yanacaqdoldurma məntəqəsində uzunmüddətli yoxlamalardan sonra 150 milyon dram məbləğində cərimələnib.

Qəzet eyni zamanda yazır ki, rəsmi qurumların konkret nəyi yoxladığı və hansı qanun pozuntularını aşkarladığı, bu iddiaların nə dərəcədə haqlı və ya saxta olduğu hələ aydın deyil.

Nəşr iddia edir ki, ümumilikdə bəzi müxalifət nümayəndələrinə qarşı müntəzəm təzyiqlər və vergi terroru başlayıb.

Xuraman Etibarlı

İnterpress.az