ABŞ-dən 200 minə qədər ukraynalı deportasiya olunacaq – “Washington Post”backend

ABŞ-dən 200 minə qədər ukraynalı deportasiya olunacaq – “Washington Post”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dən 200 minə qədər ukraynalı deportasiya olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Bildirilir ki, Tramp qaçqınlara yardım fondlarından istifadə edərək ABŞ-dən 200 minə qədər ukraynalını deportasiya etmək istəyir.

Nəşr yazır ki, Tramp administrasiyası hazırda ABŞ-də müvəqqəti himayə altında olan 200 minə qədər ukraynalının müharibədən əziyyət çəkən ölkəyə geri göndərilə biləcəyi planı müzakirə edir.

Bunun üçün vəsaitin xarici yardım büdcəsindən – 250 milyon dollardan götürülməsi nəzərdə tutulur ki, bu da adətən qaçqınları dəstəkləməyə gedir.

Məqalədə deyilir ki, “özünü deportasiya etməyə” razı olanlara 1000 dollar məbləğində ödəniş vəd edilir.

Hüquq müdafiəçiləri və keçmiş diplomatlar bu ideyanı təhlükəli və qeyri-qanuni adlandırırlar.

Beynəlxalq hüquq insanların aktiv müharibə zonalarına qayıtmasını qadağan edir.

Xuraman Etibarlı

İnterpress.az