Rusiyada həkim çatışmazlığının səbəbi AÇIQLANDIbackend

Rusiyada həkim çatışmazlığının səbəbi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti ölkədə həkim çatışmazlığının səbəbini tapıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib.

O bildirib ki, bunun günahkarı gözəllik salonlarıdır. Tibb fakültəsini bitirənlərin yalnız 75%-i və tibb kollecini bitirənlərin 56%-i öz ixtisası üzrə işləməyə gedir.

Həkimlər dövlət təbabətini tərk edərək özəl klinikalara, orta səviyyəli kadrlar isə fitnes klublarına, gözəllik salonlarına gedirlər.

Hökumət aydınlaşdırıb ki, 2030-cu ilə qədər 496 min orta ixtisas və ali təhsilli tibb işçisinə ehtiyac var.

Xuraman Etibarlı

İnterpress.az