Qurban əti alanlara XƏBƏRDARLIQ: Nələr diqqət etmək lazımdır? – Ekspert AÇIQLADIbackend

Qurban əti alanlara XƏBƏRDARLIQ: Nələr diqqət etmək lazımdır? – Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşıdan Qurban bayramı gəlir. Bayramla əlaqədar paytaxtda və regionlarda müxtəlif kəsim yerləri fəaliyyət göstərəcək. İnsanlar aldıqları ətin keyfiyyətinə və tam sağlam olmasına əmin olmalıdır.

Bunun üçün ət kəsim yerlərində nələrə əməl olunmalı və riayət edilməlidir?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.

Qida eksperti ətlərin keyfiyyəti və kəsim yerləri ilə bağlı mühüm məqamlardan danışıb.

“Bildiyimiz kimi, Qurban bayramı ilə əlaqədar olaraq istər bölgələrdə, istər mərkəzdə müxtəlif kəsim yerləri fəaliyyət göstərəcək və insanlar burada aldıqları ətin birinci növbədə sağlamlığına və qida təhlükəsizliyi baxımından tam sağlam olmasına əmin olmalıdır. Bunun üçün də birinci növbədə baytar nəzarətindən keçməmiş, baytar nəzarəti olmayan yerlərdən ətləri almaq düzgün deyil. Bu, məsələnin birinci tərəfi.

İkinci bir tərəfdən, alınan ətlərin satış nöqtələri, ət kəsim məntəqələri sanitar-gigiyenik normalara uyğun olmalıdır. İstər kəsim yeri, istər onların satıldığı yer, istər həmin qəssabların fəaliyyət göstərdiyi ərazilər tam şəkildə sanitar-gigiyenik normalara uyğun olmalıdır.

Ən asası, baytarlıq nəzarətindən ona görə keçməlidir ki, bildiyiniz kimi, heyvanlardan müxtəlif qurd xəstəyikləri ola bilir. Qarayara, burselyoz və bu kimi xəstəyiklərdən dolayı mütləqdir ki, baytarlıq nəzarəti güclü olan yerdə, baytarlıq nəzarəti tam olan məntiqələrdən ətlər alınsın.

Digər bir məsələn də nəzərinizə satdırım ki, umumiyyətlə, ət kəsilən yerlərdə qəssabların özlərinin gigiyenik cəhətdən təmiz olması, sağlamlıq baxımından sağlam olması, yəni tibbi müayinədən keçməsi mütləqdir. Çünki onlar mütəmadi ətlə təmasda olur, əllərini ətə vururlar və onların istifadə etdiyi alətlər belə sanitar normalara uyğun və təmiz olmalıdır. Çünki o alətlər müxtəlif yerlərə qoyulur, oradan götürülür, təzədən istifadə olunur.

Bir də şərait orada elə olmalıdır ki, insanlar, yad adamlar, yəni, səlahiyyəti olmayan şəxslərin birbaşa ətlə təması məhdudlaşdırılmalıdır. Yəni hər yoldan keçən gəlib ətə toxunmasın, ətə əl vurmasın, – ekspert qeyd edib.

Daha sonra ekspert kəsim yerlərinin bayramdan sonra antisanitar vəziyyətdə olmasına da toxunub.

“Bildiyimiz kimi, kəsim məntəqələrində kəsilən ətlərin müxtəlif hissələri asılı vəziyyətdə qalır. Onların qanı süzüldükdən sonra müştərilər aparırlar. Həmin o saxlama yerləri, saxlama məntəqləri normativlərə uyğun olmalıdır. Yəni yol qıraqları, havanın küləkli olması nəzərə alınmalıdır ki, yoldan keçən maşınlardan çıxan müxtəlif toz hissəcikləri, tüstü ətə hopmasın, ətə mənfi təsir göstərməsin.

Bir məsələni də vurğulayım. Yaxşı olardı ki, həmin bu səyyar kəsim məntəqələri bayramdan sonra ərazidə təmizlik və sanitariya normalarına uyğun abadlıq aparsınlar. Bayramdan sonra ətrafda qalan xoşagəlməz mənzərə insanlar tərəfindən normal qarşılamır.

Çünki burada heyvanın müxtəlif hissələri, dəriləri, bağırsağı qalır və bu da əraziyə üfunətli qoxu yayır, insanlarda haqlı olaraq narazılıqlar yaranır. Yəni əsas məsələlərdən biri də kəsimdən sonraki təmizlik işləri və gigiyenik tələblərə əməl olunmasıdır.”, – ekspert vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az