Sloveniyada qısqanc kişi top-modeli boğub cəsədini çamadanla meşəyə atıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Ayrılmaq qərarı verən 31 yaşlı modelin cəsədi meşədə tapılıb, qatil cinayətini etiraf edib.
Sloveniyada 31 yaşlı top-model Stefani sevgilisi tərəfindən vəhşicəsinə qətlə yetirilib. Məlumata görə, gənc qadın bir kişi ilə münasibətdə olub, lakin sevgilisi onu əks cinsin nümayəndələri ilə gördükdə daim qısqanclıq zəminində qalmaqallar yaradıb.
Bir müddət sonra Stefani ayrılmaq qərarına gəldiyini elan edib və rəfiqələri ilə birlikdə əylənmək üçün kluba gedib.
Ertəsi gün Stefani planlaşdırılan fotosessiyaya gəlməyib və zənglərə cavab verməyib. Ailə üzvləri narahat olaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Polis əməkdaşları “isti izlərlə” şübhəlini saxlayıblar. Qatil cinayətini etiraf edib. Məlum olub ki, o, qısqanclıq zəminində qadını boğaraq öldürüb, cəsədini çamadana yerləşdirib və meşəyə atıb.
Xuraman Etibarlı
İnterpress.az






