İsrailli zərgər soyğunçuları tüstü ilə qovub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Mağazaya basqın edən cinayətkarlar xüsusi müdafiə sistemi işə düşdükdən sonra qaçmağa məcbur olublar.
Hadisə İsraildəki zərgərlik butiklərinin birində baş verib. Əllərində ling (dəmir alət) olan bir neçə şəxs mağazaya soxularaq zinət əşyalarını oğurlamağa cəhd ediblər.
Həmin an mağaza əməkdaşı təhlükəsizlik sistemini aktivləşdirib və məkan qatı tüstü ilə dolmağa başlayıb.
Gözlənilməz vəziyyətlə qarşılaşan cinayətkarlar heç nə oğurlaya bilmədən əliboş şəkildə hadisə yerindən qaçıblar.
Xuraman Etibarlı
İnterpress.az






