Ögey ata 8 yaşlı qızı xalça çırpanla döyərək ÖLDÜRDÜ – FOTObackend

Ögey ata 8 yaşlı qızı xalça çırpanla döyərək ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetskdə ögey ata 8 yaşlı qızı xalça çırpanla döyərək öldürüb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məişət mübahisəsi faciə ilə bitib, uşaq huşunu itirənə qədər döyülüb.

Hadisə Donetskdə qeydə alınıb. Ögey ata məişət zəminində yaranan mübahisə səbəbindən 8 yaşlı məktəbli qızı amansızcasına döyərək öldürüb.

Məlumata görə, kişi özündən çıxaraq uşağı xalça çırpanla vurmağa başlayıb. O, yalnız qız huşunu itirdikdən sonra dayanıb.

Uşağın anası xəstəxanada qızının guya pilləkəndən yıxıldığını iddia etsə də, həkimlər uşağın həyatını xilas edə bilməyiblər. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Polisdə dindirilən sadist cinayətini etiraf edib. Bundan əlavə, axtarış zamanı onun evindən döyüş sursatları da aşkar edilib.

Xuraman Etibarlı

İnterpress.az