Rusiya Ukraynada yeni taktika TƏTBİQ EDİR: “Yatmış dronlar” – FOTOLARbackend

Rusiya Ukraynada yeni taktika TƏTBİQ EDİR: “Yatmış dronlar” – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu yeni silaha keçib, “yatmış dronlar” təhlükə saçır.

İnterpress.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb. Yol kənarında saatlarla pusquda dayanan dronlar həm hərbçiləri, həm də mülki şəxsləri hədəf alır.

Məlumata əsasən, Rusiya qoşunları Ukrayna hərbçilərinə və texnikasına qarşı “yatmış dronlar” adlanan yeni taktikanı tətbiq etməyə başlayıb. Söhbət yol kənarında saatlarla istifadəsini gözləyən, faktiki olaraq pusqu quran kamikadze dronlardan gedir.

Bu müddət ərzində operator video axınını izləyir. Ukrayna avtomobili yaxınlaşdıqda isə “yatmış” dron havaya qalxır və rəqibə minimal məsafədən hücum edir.

Bu pusqu taktikası Rusiyanın getdikcə daha çox istifadə etdiyi fiber-optik dronlar sayəsində mümkün olub.

30 kilometrə qədər uzunluğu olan fiber-optik kabel vasitəsilə operatorla əlaqə saxlayan bu PUA-lar, radio siqnalla idarə olunan FPV-dronlardan fərqli olaraq yerə yaxın məsafədə və uzaq mənzildə istifadə edilə bilir, həmçinin ildırım sürəti ilə aktivləşirlər.

Rusiyanın “yatmış dronları” hərbi hədəfi 6 saata qədər gözləyə bilir. Lakin əgər heç kim görünməsə və batareyanın enerjisi bitərsə, dronun ələ keçməməsi üçün onlar mülki şəxslərə hücum edirlər.

Xuraman Etibarlı

İnterpress.az