Dövlət Duması deputat Voronovskinin səlahiyyətlərinə xitam verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Daha əvvəl toxunulmazlığı ləğv edilən deputat 25 milyon rubl rüşvət almaqda şübhəli bilinir.
Məlumata əsasən, Rusiya Dövlət Duması deputat Anatoli Voronovskinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl onun parlament toxunulmazlığı ləğv edilmişdi. Voronovski 25 milyon rubl (54 min 700 man) məbləğində rüşvət almaqda şübhəli bilinir.
Xuraman Etibarlı
İnterpress.az






