Uitkoff və Kuşnerin Kreml menyusu açıqlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Kreml Pool” məlumat yayıb. Trampın nümayəndələri şam yeməyində maral filesi və ənənəvi piroqların dadına baxıblar.
Məlumata əsasən, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Rusiyadakı şam yeməyi menyusu bəlli olub.
Bildirilir ki, amerikalı qonaqlar şam yeməyində “posikunçiki” (kiçik ətli piroqlar), kulebyaka və maral filesi yeyiblər. Desert üçün isə onlar Şarlotta seçiblər.
Xuraman Etibarlı
İnterpress.az






