Rusiya prezidentinin köməkçisi danışıqların nəticəsiz qaldığını bəyan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.
Krem rəsmisi bildirib ki, aparılan müzakirələr zamanı tərəflər arasında hər hansı kompromis əldə etmək mümkün olmayıb.
Uşakov vurğulayıb ki, nəticə etibarilə konkret sülh planı işlənib hazırlanmayıb.
O əlavə edib ki, bəzi Amerika bəndləri Rusiya üçün məqbuldur, digərləri isə məqbul deyil.
Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Rusiya və ABŞ Putin, Uitkoff və Trampın kürəkəni arasında Kremldə keçirilən danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəliblər.
Xuraman Etibarlı
İnterpress.az






