Ukraynaya sonsuz maliyyə ayrılmayacaq – ABŞ dövlət katibibackend

Ukraynaya sonsuz maliyyə ayrılmayacaq – ABŞ dövlət katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marko Rubio müharibə bitənə qədər Kiyevə qeyri-məhdud yardımın ayrılmasını qeyri-real adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib ki, Ukraynanın sonsuz şəkildə maliyyələşdirilməsi real ssenari deyil və bu baş verməyəcək.

“Bəzi insanlar düşünür ki, bizim siyasətimiz müharibə davam etdiyi müddətcə Ukraynanı qeyri-məhdud həcmdə maliyyələşdirməkdən ibarət olmalıdır. Bu, real deyil. Bu, həqiqətə uyğun deyil”, – Rubio vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az