Virciniyada DƏHŞƏTLİ ANLAR: Yük maşını havada ASILI QALDI – VİDEObackend

Virciniyada DƏHŞƏTLİ ANLAR: Yük maşını havada ASILI QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Virciniyada körpüdən asılı qalan yük maşınının sürücüsü xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Kərpic yüklü maşın buzlu yolda idarəetməni itirərək uçurumun üzərində asılı qalıb.

ABŞ-nin Qərbi Virciniya ştatında xilasedicilər körpüdən asılı vəziyyətdə qalan yük maşınının sürücüsünü kabinədən çıxarmağa nail olublar.

Məlumata görə, kərpiclə dolu qoşqusu olan yük maşını buz bağlamış körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşının kabina hissəsi yoldan çıxaraq uçurumun üzərində asılı vəziyyətdə qalıb.

Xilasedicilərin operativ müdaxiləsi nəticəsində sürücünü sağ-salamat xilas etmək mümkün olub.

Xuraman Etibarlı

İnterpress.az