Gürcüstan Aİ-dən üzr istəməsini tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Şalva Papuaşvili Brüsseli və Qərb siyasətçilərini Gürcüstana qarşı “hibrid əməliyyat” aparmaqda ittiham edib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqından (Aİ) Tbilisidəki etiraz aksiyalarının dağıdılması zamanı kimyəvi maddələrdən istifadə edilməsi barədə iddialara görə üzr istəməsini tələb edib.
Spiker jurnalistlərə açıqlamasında bildirib ki, Brüssel, Avropa Komissiyasının mətbuat katibi, bəzi səfirlər, xarici siyasətçilər, avroparlamentarilər və kənardan maliyyələşən QHT-lər Gürcüstana qarşı “hibrid əməliyyat”da iştirak edirlər.
“Bir neçə gün keçdi və kimyəvi maddələrin tətbiqi ilə bağlı bəyanatların yalan olduğu təsdiqləndi. İndi məni maraqlandırır, görəsən, Avropa Komissiyasının mətbuat katibi Anita Hipper, avroparlamentarilər və cəlb edilmiş QHT-lər üzr istəməyi planlaşdırırlarmı?” – Papuaşvili vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






