Brüsseldə Böyük sinaqoq mühasirəyə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Brussels Times” məlumat yayıb. Polis əraziyə giriş-çıxışı bağlayıb, Baş ravvinə binaya gəlməmək İnbarədə xəbərdarlıq edilib.
Dekabrın 9-da səhər saatlarında Brüsselin mərkəzində, Böyük sinaqoqun yerləşdiyi Regans küçəsi partlayış təhlükəsi səbəbindən bloklanıb.
Məlumata görə, yerli vaxtla saat 06:00 radələrində binaya bomba qoyulması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri cəlb olunub, polis binanın ətrafında mühafizə perimetri qurub.
Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb və avtomobillərin istiqaməti dəyişdirilib.
Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib və əraziyə giriş məhdudlaşdırılıb.
Brüsselin Baş ravvini Albert Qiqiyə yoxlamalar başa çatana qədər sinaqoqa gəlməməsi barədə xəbərdarlıq edilib.
Xuraman Etibarlı
İnterpress.az






