Çində velosiped sürən kişinin başına ağac düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb. Beyin sarsıntısı alan yaşlı adam möcüzəvi şəkildə sağ qalıb.
Çində yaşlı bir kişi bədbəxt hadisə ilə üzləşib. O, velosipedlə hərəkət edərkən “səhv vaxtda səhv yerdə” olmasının qurbanı olub. Belə ki, yol kənarındakı ağac qəfil sınaraq velosipedçinin başına düşüb.
Xoşbəxtlikdən ağır zərbə ölümlə nəticələnməyib. Zərərçəkən yalnız beyin sarsıntısı və bədən əzikləri alaraq xilas olub. Həkimlər onun həyatı üçün ciddi təhlükə olmadığını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






