Moskvada virus əleyhinə dərman qəbul edən məktəbli az qala öləcəkdi.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Nadir sindrom aşkarlanan uşağın bədənində yaralar əmələ gəlib, vəziyyəti 9 gündən sonra sabitləşib.
Moskvada bir məktəbli qız virus əleyhinə preparat qəbul etdikdən sonra həyatını itirmək təhlükəsi ilə üzləşib. Çiçək xəstəliyinə qarşı dərman atdıqdan sonra uşaqda kəskin allergik reaksiya inkişaf edib.
Həkimlər ona nadir rast gəlinən Stivens-Conson sindromu diaqnozu qoyublar.
Qız Roşal adına mərkəzə kritik vəziyyətdə – yüksək hərarət, bütün bədənində yara və dərisində ağ qabıqlar əmələ gəlmiş halda çatdırılıb.
Həkimlərin səyi nəticəsində uşağın vəziyyətini yalnız 9 günlük intensiv müalicədən sonra sabitləşdirmək mümkün olub.
Xuraman Etibarlı
İnterpress.az






