Pornhub haker hücumuna məruz qalıb və 200 milyon istifadəçinin məlumatları oğurlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Hakerlər istifadəçilərin baxış tarixçəsini və axtarış sorğularını yaymaqla hədələyir.
Məlumata görə, dünyanın ən məşhur böyüklər üçün saytı olan “Pornhub” kiberhücuma məruz qalıb. Haker qruplaşması nəticədə 200 milyon istifadəçinin şəxsi məlumatlarını ələ keçirib.
Oğurlanan məlumatlar arasında istifadəçilərin elektron poçt ünvanları, saytdakı baxış tarixçələri, axtarış sorğuları, izlədikləri videoların adları və digər konfidensial detallar var.
Hazırda kibercinayətkarlar məlumatları yaymamaq qarşılığında “Bitcoin” kriptovalyutası ilə fidyə tələb edirlər.
Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə bütün əldə olunan məlumatları açıq şəkildə internetdə paylaşacaqlarını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






